DSMF-nin büdcəsi artırılır

dsmf-nin-budcesi-artirilir
Oxunma sayı: 1757

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub. 

Dəyişikliyə əsasən, Fondun büdcəsi 6 milyard 919 milyon 860 min manatdan 6 milyard 949 milyon 860 min manata qədər artırılır. 

Həmçinin fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 5 milyard 288 milyon 135 min 400 manatdan 5 milyard 478 milyon 135 min 400 manata, qeyri-büdcə sektoru üzrə 3 milyard 387 milyon 100 min manatdan 3 milyard 577 milyon 100 min manata qaldırılır. 

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 392 milyon manatdan 1 milyard 232 milyon manata qədər azaldılır. 

Zaur Mirzə