DSX Akade­miyasının 10-cu buraxılış mərasimi keçiril­ib - Video

dsx-akademiyasinin-10-cu-buraxilis-merasimi-kecirilib
Oxunma sayı: 1378

Bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, gənc zabitlər “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Dövlət Sərhəd  Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik edib, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyini xüsusi vurğulayıb.

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qali­biyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrəmanların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş dörd sərhədçi-zabitin əziz xatirələri yad edilib.

“Vətən Müharibəsi Qəhrəmanı”" adına layiq görülmüş sərhədçilərdən dörd zabitin DSX Akademiyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının pedaqoji və komandir heyətinin xüsusi rolu qeyd edilib.