“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Nərimanov rayonu ərazisində baş verib. Aprelin 13-də saat 19 radələrində Ə.Əliyev küçəsində 1988-ci il təvəllüdlü İslam Mayılova məxsus Kia markalı avtomobildən oğurluq olub.
Maşından onun həyat yoldaşı 1985-ci il təvəllüdlü Aysel Fikrət qızının Dövlət Sərhəd Xidmətinə məxsus xidməti vəsiqəsi, 300 manat, bank kartları və mobil telefonu oğurlanıb.
Hadisəni törədənlərin Zəngilan rayon sakinləri, keçmiş məhkumlar - Elşən Rzayev və Yusif Hüseynovun olduğu müəyyən edilib. E.Rzayev artıq tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər