DSX əməliyyat keçirdi, tutulan var - Foto

dsx-emeliyyat-kecirdi-tutulan-var
Oxunma sayı: 3181

Dövlət Sərhədi Xidməti külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısını alıb.

“Qafqazinfo” DSX-nin Mətbuat mərkəzinə istinadən xəbər verir ki, yanvarın 15-i saat 21:15-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Həmçinin oxuyun: Очередная операция в “Папанино” и “Кубинке” - арестованы 7 человек

Sərhəd pozucularına qarşı qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə - İİR istiqamətinə qaçıblar.

Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə 1 sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İİR vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycana narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.