DSX həmin görüntülərlə bağlı açıqlama yaydı

dsx-hemin-goruntulerle-bagli-aciqlama-yaydi
Oxunma sayı: 8359

Sosial şəbəkələrdə DSX-nın əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkət etməsi ilə bağlı görüntülər yayılıb.

DSX-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılıb.

Bildirilib ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stress vəziyyətində cavab verib:

“Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir” , - qurumdan məlumat verilib.