Bu gün Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində vəfat edib.
DSX-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
***
Hərbi Prokurorluqdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib:
“Ərazi hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır”.
Son xəbərlər
Son Xəbərlər