“Qafqazinfo” DSX-ya istinadən xəbər verir ki, müasir naviqasiya və rabitə-radiotexnika avadanlıqları ilə tam təmin olunub, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib.
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmilərin imkanlarından geniş istifadə olunacaq.
Hazırda 100 nəfərədək mütəxəssisin işlə təmin olunduğu “Gəmi inşası zavodu”nda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanıb.Yaxın müddətdə zavodun imkanları hesabına DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə etibarı ilə sərhəd sularında dövləti maraqların qorunması imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunacaq.
Son xəbərlər
Son Xəbərlər