DTX əməkdaşları Xocalı abidəsini ziyarət etdilər - Foto

dtx-emekdaslari-xocali-abidesini-ziyaret-etdiler
Oxunma sayı: 3383

Bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.