DTX-nın tutduğu QHT sədrinin məhkəməsi başladı

dtx-nin-tutdugu-qht-sedrinin-mehkemesi-basladi
Oxunma sayı: 701

Azərbaycana qanunsuz yolla gizli kamera və soyuq silah gətirərkən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan QHT sədri İlqar Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda metal əşyaların təsvirləri əks olunduğuna görə təkrar yoxlama aparılıb. 

Yoxlama zamanı ona məxsus çamadanda olan şəxsi əşyaların arasından əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1ədəd kameralı eynək aşkar olunaraq protokol əsasında götürülüb. İlqar Əliyev izahatında "Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib. 

O, Cinayət Məcəlləsimin Cinayət Məcəlləsin 179.3.2-ci (mənimsəmə), 192.1-ci (qanunsuz sahibkarlıq), 228.4-ci (qanunsuz silah), 308.2-ci (vəzifə səlahiyyətləri aşma) və 310-cu (vəzifəli şəxsin səlahiyyətləri mənimsəmə) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə İ.Əliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apellyasiya şikayəti verilib.
 
Qeyd edək ki, İ.Əliyuev bundan öncə də məhkumluq həyatı yaşayıb. O, 1996-cı ildə Nizami rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib, 2001-ci ildə amnistiya düşərək azadlığa çıxıb. 

Şikayət məhkəmə icraatına götürülüb. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə aprelin 5-də davam etdiriləcək.

Murad Əhməd