DTX-nin tutduğu vəzifəli şəxslərin şikayəti təmin edilmədi

dtx-nin-tutdugu-vezifeli-sexslerin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 6088

Bakı Apelyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri- Fərhad Mollazadə və Nurupaşa Abdullayev barələrində seçilmiş həbs-qətimkan tədbirindən verilən şikayətə baxılıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə qərarı qüvvədə saxlayıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səlim Əlizadə sözügedən qərardan şikayət verməyib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.