DTX saytını istifadəyə verdi

dtx-saytini-istifadeye-verdi
Oxunma sayı: 3648

Dövlət Təhlükəsizlik Xidmətinin yeni saytı fəaliyyətə başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gündən istifadəyə verilən sayt dtx.gov.az domenində yerləşir. Saytda qurum haqda məlumatlar, qanunvericilik bazası, beynəlxalq əməkdaşlıq, kitabxana, Heydər Əliyev adına Akademiya və DTX-ya aid xəbərlərin yayımlandığı bölmələr yaradılıb.

Qurumun ictimaiyyətlə əlaqələr və “Qaynar xətt” nömrələri də açıqlanıb. DTX-nın balansında olan digər qurumlar haqda məlumat yerləşdirilib. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir.