DTX və DİN Astarada əməliyyat keçirdi

dtx-ve-din-astarada-emeliyyat-kecirdi
Oxunma sayı: 1796

Daxili İşlər Nazirliyinin Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti rayonda əməliyyat keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayonun Təngərüd və Vaqo kəndərindəki 5 evə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 365 ədəd dini təyinatlı ədəbiyyat və 13 ədəd CD aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Murad Əhməd