DTX və XKX rəislərinə müraciət edildi

DTX və XKX rəislərinə müraciət edildi
Oxunma sayı: 2425

AzNews.az xəbər portalının Baş redaktoru Taleh Şahsuvarlı Dövlət Xidmətinin rəisi Əli Nağıyevə və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, o, müraciətində əvvəllər vəkillik fəaliyyəti ilə məşğul olmuş Aslan İsmayılovun və onun oğlu Ziyəddin İsmayılovun xaricdəki erməni diasporunun fəal nümayəndəsi Kristina Puşau ilə əlaqələrindən bəhs edib.

Şahsuvarlı bu əlaqələrin araşdırılmasını istəyib. Bildirilib ki, Kristina Puşua adlı ABŞ vətəndaşı Cənubi Kaliforniya Universitetində (CKU) təhsil aldığı müddətdə Erməni Tələbələr Assosasiyasının (ETA) lideri olub, ABŞ-dakı və bütün dünyadakı erməni diasporunun əsas beyin mərkəzi olan “Erməni Araşdırmaları İnstitutu” ilə yaxından əməkdaşlıq edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi