Dua Lipa Albaniya vətəndaşlığı aldı - Fotolar

dua-lipa-albaniya-vetendasligi-aldi
Oxunma sayı: 3244

Albanəsilli britaniyalı müğənni Dua Lipa Albaniyanın tamhüquqlu vətəndaşı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib.

O, ölkə Prezidenti Bayram Beqaya və paytaxt Tirananın meri Erion Veliaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Dua Lipa noyabrın 28-də Albaniyanın müstəqilliyinin 110 illiyi münasibətilə təşkil olunacaq konsertdə çıxış edəcək.

Dua Lipa Londonda anadan olub və Böyük Britaniya vətəndaşıdır. Onun valideynləri Kosovodan olan etnik albanlardır.