“Dualarımız daim Azərbaycanladır”

dualarimiz-daim-azerbaycanladir
Oxunma sayı: 1962

“Bakıda olmaqdan məmnunluq hissi keçirirəm. TBMM-in güclü bir heyəti ilə gəldik. Fərqli partiyalardan dostlarımız var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanı haqlı davasında dəstəklədiyimizi, aramızdakı münasibətlərin bənzəri olmayan bir münasibət olduğunu ifadə etmişik. Bunları Bakıda da təkrar ifadə edəcəyik. Azərbaycan bayrağının işğal olunan torpaqlarında dalğalanması üçün daim dua edirik. Bu, təkcə mənim görüşüm deyil, parlamentimizin, eləcə də 83 milyonluq Türk xalqının görüşüdür. Dualarımız hər zaman Azərbaycanladır”, - deyə M. Şentop qeyd edib.