Dubay aeroportunda təyyarələr toqquşdu

Dubay aeroportunda təyyarələr toqquşdu
Oxunma sayı: 1946

Dubay şəhərinin hava limanında iki təyyarə toqquşub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, BƏƏ-nin “Flydubai” aviaşirkətinin Dubaydan Bişkekə uçan sərnişin təyyarəsi aeroport ərazisində hərəkət zolağında Bəhreynin “Gulf Air” aviaşirkətinin təyyarəsi ilə toqquşub.

Məlumata əsasən, insident zamanı xəsarət alan olmayıb. Lakin buna baxmayaraq, sərnişinlər daha sonradan başqa reyslərlə yola salınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.