Dubay-Bakı aviareysi ilə gələn vətəndaş saxlanıldı - Foto

dubay-baki-aviareysi-ile-gelen-vetendas-saxlanildi
Oxunma sayı: 1777

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamə tərtib edərək özü ilə 2 ədəd noutbuk, 2 ədəd saat və 2 ədəd mobil telefon gətirdiyini bəyan edib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı vətəndaşa məxsus baqajlardan bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən xeyli miqdarda elektronika malları - 13 ədəd qulaqlıq, 4 ədəd səsgücləndirici, 5 ədəd fotoaparat, 5 ədəd oyun diski, 1 ədəd plata, 4 ədəd "driver", 27 ədəd hard disk, 3 ədəd ştrix kod oxuyucu, 3 ədəd videokart, 13 ədəd RAM, 44 ədəd flaşkart, 2 ədəd proyektor və 15 ədəd ətir, həmçinin düzgün bəyan edilməyən 6 ədəd qol saatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.