“Qafqazinfo” xarici KİV-ə istinadən məlumat verir ki, qapalı xizək mərkəzləri, hərəkət edən göydələnlər, möcüzə bağçaları kimi bahalı layihələrdən sonra daha bir yeniliyə imza atmaq istəyən Dubay indi də üzən evlər layihəsini təqdim edib. Layihəni hazırlamağa söz verən şirkət, 42 üzən ev planlaşdırıldığını və layihənin 2016-cı ilə hazır olacağını bildirib. Layihəyə əsasən 3 hissədən ibarət evlərin ən alt qatı suyun altında dənizaltı panoramalı olacaq.
Qeyd edək ki, artıq bu evlərin 35-i satılıb.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər