Dubay sahillərində 1,5 milyon dollarlıq yaxta batıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, qəfil deşilən gəmiyə su dolmağa başlayıb. Göyərtədə 11 nəfər olub.
Onlardan 3-ü ekipaj üzvü, 8-i isə Fransa, Rusiya və Böyük Britaniyadan turistlər olub. Sərnişinlərin hamısının həyatını xilas etmək mümkün olub.
Son xəbərlər
Son Xəbərlər