Dubaydan Bakıya gələn təyyarə gecikir

dubaydan-bakiya-gelen-teyyare-gecikir
Oxunma sayı: 1498

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Dubaydan Bakıya yola düşən (J2-012 reysi) təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb. Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Qeyd edək ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.