Dubaydan daha bir Ermənistan təyyarəsinə qadağa

dubaydan-daha-bir-ermenistan-teyyaresine-qadaga
Oxunma sayı: 1683

Ermənistanın “FlyOne Armenia” şirkətinə məxsus daha bir təyyarənin Dubayda yerə enməsinə icazə verilməyib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, təyyarə “Al-Maktum” hava limanında yerə enə bilməyib. 

Xatırladaq ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Belə ki, bundan əvvəl Ermənistanın daha 2 təyyarəsinə Dubayda yerə enməyə icazə verilməyib. Hər iki hadisə zamanı təyyarələr İranda eniş etməli olub. Hələlik qadağanın səbəbi məlum deyil.