Duda Rusiyanı “anormal ölkə” adlandırdı

duda-rusiyani-anormal-olke-adlandirdi
Oxunma sayı: 2149

Polşa Prezidenti Ancey Duda Gürcüstandakı çıxışı zamanı Rusiyanın ünvanına kəskin ifadələr işlədib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Duda Rusiyanı anormal ölkə adlandırıb:

“Rusiya anormal, təcavüzkar ölkədir”.

Polşa lideri Moskva ilə münasibətlər məsələsini BMT Baş Assambleyasının sessiyalarında qaldıracağını deyib.

Xatırladaq ki, Duda daha əvvəl Rusiyanı “azadlıq düşməni” adlandırmışdı.