Duma “DXR” və “LXR” ilə əməkdaşlıq barədə müqaviləni təsdiqlədi

duma-dxr-ve-lxr-ile-emekdasliq-barede-muqavileni-tesdiqledi
Oxunma sayı: 831

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələri ratifikasiya edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb. Rusiya Prezidenti həmçinin sözügedən respublikalarda sülhün qorunub saxlanılmasının təmin edilməsi barədə göstərişlər verib.