Duman Bakı aeroportuna necə təsir edib?

duman-baki-aeroportuna-nece-tesir-edib
Oxunma sayı: 1122


“Qafqazinfo” xəbər verir ki, bu barədə bazar günü Trend-ə aeroportdan bildirilib.

Məlumata görə, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.