Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Son xəbərlər
Son Xəbərlər