Duman qəzaya səbəb oldu

duman-qezaya-sebeb-oldu
Oxunma sayı: 1779

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb.

Belə ki, kənd ərazisində havanın dumanlı vaxtı görmənin məhdud olması “VAZ 21099” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşmasına səbəb olub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov