Duman Tbilisi aeroportunun işində problem yaratdı

Duman Tbilisi aeroportunun işində problem yaratdı
Oxunma sayı: 887

Bu gün səhər saatlarında duman səbəbindən Tbilisi Beynəlxalq Hava Limanında bir neçə reys təxirə salınıb.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Münhen şəhərindən Tbilisiyə uçan Almaniyanın “Lufthansa” şirkətinə məxsus təyyarə müvəqqəti olaraq İrəvanda eniş etməli olub.

Təyyarə daha sonra Münhenə qayıdıb və oradan yenidən Tbilisiyə uçub.

İstanbuldan uçan Türkiyənin “Turkis Airlines” şirkətinə məxsus təyyarə isə Erzurumda enib. Daha sonra bu reys təxirə salınıb.

Bununla yanaşı, Tbilisi-Dubay reysi də bir neçə saat gecikib. Reys gec də olsa, həyata keçirilib.

Tbilisi Beynəlxalq Hava Limanının məlumatına görə, hazırda aeroport hər hansı ləngimə olmadan işləyir.