Dumana görə bağlanan Çanaqqala boğazı açıldı - Yenilənib

dumana-gore-baglanan-canaqqala-bogazi-acildi
Oxunma sayı: 2364

Türkiyənin Çanaqqala boğazında tranzit gəmilərin hərəkəti dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarından ərazidəki qatı duman dənizdə görmə məsafəsini azaldıb. Nəticədə həm şimaldan, həm də cənubdan daxil olan gəmilərin kapitanlarına boğazın hər 2 istiqamət üzrə tranzit gəmi keçidlərinə bağlandığı barədə xəbərdarlıq olunub.

Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq.

***

Qatı duman səbəbilə bağlanan Çanaqqala boğazı açılıb. Türkiyə mətbuatının məlumatına görə, artıq yerli vaxtla saat 11:00-dan etibarən boğazdan gəmilərin keçməsinə icazə verilib.