Dumanın bir qrup deputatı köməkçiləri ilə birlikdə karantinə alındı

dumanin-bir-qrup-deputati-komekcileri-ile-birlikde-karantine-alindi
Oxunma sayı: 1090

Dövlət Dumasının “Rusiyanın Liberal-Demokratik Partiyası”ndan (LDPR)  olan deputatı Sergey Katasonov köməkçiləri və onunla əlaqə saxlayan həmkarları ilə birlikdə koronavirus şübhəsinə görə karantinə alınıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qərar Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən Katasonovun bu yaxınlarda 2200 yoluxma faktının qeydə alındığı Fransadan qayıtmağı səbəbiylə verilib.

“Əlbəttə, mən Fransaya koronavirus yayılmamışdan əvvəl səfər etmişəm. Ancaq yenə də daha bir həftə davam edəcək karantin qərarını doğru sayıram”,- deyə deputat bildirib.

Katasonovun sözlərinə görə, parlamentdə onun yaxınlığında əyləşən daha 7-8 deputat da karantinə götürülüb.