“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.
• Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
• Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
• Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.
• Cinayət törətdiklərinə görə 17 nəfər tutulub.
Son xəbərlər
Son Xəbərlər