Dünən 3 qəzada 4 piyada ölüb

dunen-3-qezada-4-piyada-olub
Oxunma sayı: 1049

Dünən respublikanın avtomobil yollarında 3 ağır yol qəzası baş verib, nəticədə 4 nəfər ölüb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Şabran rayon sakini Təbriz Ağayev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini Tural Cabbarlını və Füzuli rayon sakini Dilarə Sultanovanı vurub. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. 

Binəqədi rayonunda qeydə alınan daha bir yol nəqliyyat hadisəsi zamanı da piyada dünyasını dəyişib. Dekabrın 10-da saat 18 radələrində Binəqədi rayonunun Mehdiabad gənclər şəhərciyinin ərazisində orada yaşayan Adil Məmmədov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Tamella Fərhadovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Baş vermiş hər iki qəza ilə bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Dekabrın 10-da daha bir ağır yol nəqliyyat hadisəsi saat 21 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib. Hadisə zamanı qəsəbə sakini Ağarəfi Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Həlimə Musayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada dünyasını dəyişib.

Qəza ilə bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.