Dünən 4 medalla təltif edilən qazi Dilavərzadə - Foto

dunen-4-medalla-teltif-edilen-qazi-dilaverzade
Oxunma sayı: 2421

Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamlarla ölkəmizin ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdikləri üçün təltif edilən hərbi qulluqçulardan biri də Medianın İnkişafı Agentliyinin əməkdaşı Vasif Dilavərzadədir.

“Qafqazinfo”nun məlumatına görə, Vətən müharibəsi qazisi Dilavərzadə Vasif Rasif oğlu Prezidentin Sərəncamlarına əsasən, “İgidliyə görə”,  “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Vasif Dilavərzadə 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medallarına da layiq görülüb. O, həmçinin “10 illik qüsursuz xidmətə görə” və “Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə təltif edilib.