Mayın 23-də səhər saatlarından bağlanan 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi hələ də açılmayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agenltiyi (AAYDA) yolun mayın 29-da saat 22:00-da açılacağı barədə məlumat yaysa da, hərəkət bərpa edilməyib. Bu da sürücülər arasında çaşqınlığa səbəb olub.
Mövzu ilə bağlı AAYDA-ya müraciət etsək də, sorğumuz cavablandırılmadı.
Qeyd edək ki, artıq bir neçə aydır ki, 8 Noyabr prospekti hissə-hissə olmaqla təmir edilir.
***
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qeyd edilən yolda son - tamamlama işləri görülür. Yolun 30 may tarixindən etibarən sürücülərin istifadəsinə verilməsi planlaşdırılır: "Artıq əsas işlər yekunlaşıb. Bu gün xətlənmə işləri aparılacaq. Maksimum sabah səhər tezdən yol sürücülərin ixtiyarında olacaq".