Dünən Bakıda 16 nəfəri gün vurub

dunen-bakida-16-neferi-gun-vurub
Oxunma sayı: 1615

Ötən gün 16 nəfər günvurma diaqnozu ilə Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.   

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, onlardan 10 nəfəri hospitalizasiya edilib. 6 nəfərə isə yerində yardım göstərilib. Onlardan 2 nəfəri uşaq, 1-i qız, 1-isə oğlan, 10-u kişi, 6-sı isə qadındır.