Dünən bəzi yerlərdə küləyə görə işıq olmayıb

dunen-bezi-yerlerde-kuleye-gore-isiq-olmayib
Oxunma sayı: 981

“Səhər gördüyümüz qabaqlayıcı tədbirlər dünənki güclü küləyi fəsadsız ötürməyimizə kömək etdi”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, külək nəticəsində çox az ərazidə elektrikin verilməsində fasilələr yaranıb: 

“Masazır qəsəbəsində irigövdəli ağac elektrik dirəyinin üzərinə aşdığından ərazidə qısa müddətlik elektrik enerjisinin verilişində fasilə yaranmışdı. Biz nə qədər qabaqlayıcı tədbirlər görsək də, bu, təbiət hadisəsidir və bəzi yerlərdə güclü külək naqilləri bir-birinə vurub. 

Odur ki, dağətəyi rayonlarda, eləcə də fərdi yaşayış evlərində qısa müddətlik fasilələr yaranıb. Son 12-13 ildə görülmüş tədbirlər, köhnə elektrik dirəklərinin yeni beton dayaqlarla əvəzlənməsi bu kimi təbiət hadisələri baş verən zaman fəsadsız ötüşməyimizə səbəb olur”. 

Günel Hacı