Dünən heç yerdə işıq sönməyib

dunen-hec-yerde-isiq-sonmeyib
Oxunma sayı: 926

Aprel ayının 11-də keçirilən Azərbaycanda seçkiləri günü ilə bağlı “Azərişıq” ASC seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn bütün vəzifələri uğurla  həyata keçirib.

“Azərişıq” dan “Qafqazinfo”ya daxil olan xəbərə görə, seçki günü dairələrinin və ərazi seçki  məntəqələrinin fasiləsiz,dayanıqlı və keyfiyyətli elektrik enerji təchizatında heç bir problem yaranmayıb. Baxmayaraq ki, seçki ilə əlaqədar müvafiq nöqtələrə ehtiyyat generatorları quraşdırılıb, amma onlara belə ehtiyyac olmayıb, bütün dairə və məntəqələr elektrik enerjisi ilə tam təchiz edilib.