Dünən itkin düşən iki erməni hərbçi hələ tapılmayıb

dunen-itkin-dusen-iki-ermeni-herbci-hele-tapilmayib
Oxunma sayı: 1933

Ermənistanın itkin düşmüş hərbçilərinin axtarışları davam edir.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, dünən itkin düşən iki hərbçinin axtarışları hələ heç bir nəticə verməyib.

Qeyd edək ki, iyulun 14-də dumanlı hava şəraitində avtomobillə xidməti işlər görən Artur Nalbandyan və Aramais Torozyanla əlaqə kəsilib. Bunun ardınca axtarış əməliyyatları başlayıb.