Yanvarın 29-dan 30-dək olan müddət ərzində 12 cinayətin üstü “isti izlər”lə açılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol qəzası baş verib, nəticədə 1 nəfər xəsarət alıb.
Narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər