Dünən vaksinasiyadan keçənlərin sayı açıqlandı

dunen-vaksinasiyadan-kecenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1344

Martın 4-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26 601 nəfər peyvənd olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363 183 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.