Dünən Yol Polisi 1503 nəfəri cərimələyib

dunen-yol-polisi-1503-neferi-cerimeleyib
Oxunma sayı: 805

Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 12 aprelin saat 00:00-dan 13 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1503 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 16483 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.