Ötən sutka ərzində Qəzza zolağından İsrail ərazilərinə 50 raket atılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidməti məlumat yayıb. Onlardan 10-u anklavın ərazisində partlayıb.
“Ötən gün saat 19:00-dan bu gün 07:00-a qədər Qəzza zolağından İsrail ərazisinə 50 raket atılıb. Onlardan 10-u Qəzza zolağına düşüb”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, 10 may tarixindən etibarən Fələstin anklavından İsrail ərazilərinə ən az 3750 raket atılıb, bunlardan 550-si Qəzza zolağında partlayıb, 90 faizi isə İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Son xəbərlər
Son Xəbərlər