Dünən ölkədə 5 yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisələrdən biri günorta saatlarında Yasamal rayonunun Moskva prospektində qeydə alınıb. Bakı şəhər sakini Zemfira Rüstəmovanı yolu keçən zaman müəyyən edilməmiş avtomobillə vurulub. Z.Rüstəmovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Dünən saat 08 radələrində Quba rayonunun Nügədi Qazmalar kəndində Sumqayıt şəhər sakini Arzuman Ağayev idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə A.Ağayevin sərnişini, qardaşı Anar hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Digər bir yol qəzası isə Cəlilabad şəhərində baş verib. Bu gün 01 radələrində Masallı rayon sakini Xəyal Abıyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. X.Abıyev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Fevralın 1-də xəstəxanaya yerləşdirilən Arzuman Muradov dünən ölüb.
Xatırladaq ki, o, yolu keçən zaman Lənkəran rayonu Balıqçılar qəsəbə sakini Samir Vəliyevin idarə etdiyi “VAZ-2101” markalı avtomobillə vurulmuşdu.
Hadisələrlə bağlı araşdırma aparılır.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər