Dünənki dəhşətli qəzada ölənlərin adı açıqlandı- - Siyahı

dunenki-dehsetli-qezada-olenlerin-adi-aciqlandi-
Oxunma sayı: 2953


Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 17-də saat 21:30 radələrində H.Əliyev prospektində naməlum sürücünün idarə etdiyi  “Lifan” markalı (Lerik rayon sakini Nizami Aslan oğlu Rufullayevə məxsus) avtomobilin idarəetməsini itirərək işıq dirəyinə vurub.

Nəticədə avtomobildə olanlar, Bakı şəhər sakinləri -  1984-cü il təvəllüdlü Faiq Rafiq oğlu Dəmirov, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov və 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov aldığı xəsarətdən hadisə yerində ölüb.

1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov yaralı vəziyyətdə xəstəxanaya yerləşdirlib, vəziyyəti ağırdır. 

Fakt Nizami RPİ 23-cü PB tərəfindən araşdırılır. 


Murad Əhməd