Dünənki “Lexus” qəzasında sürücünün oğlu ölüb

Dünənki “Lexus” qəzasında sürücünün oğlu ölüb
Oxunma sayı: 2598

Daxili İşlər Nazirliyi Sabunçu rayonunun H.Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb. 

“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 14-də saat 16 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini R.Həmidov idarə etdiyi “Lexus” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Z.Yusubova məxsus “Mercedes” markalı avtomobilə vurub. Nəticədə Z.Yusubovun sərnişinləri olan oğulları Namiq və Kənan xəstəxanaya yerləşdirilib, Namiq orada ölüb. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi