Bakıda dünən “Vito” ilə “Shacman”ın toqquşması nəticəsində vəfat edənlərin adları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, qəza zamanı “Mercedes Vito” markalı minik avtomobilində olan sərnişinlər - Mürvət Cəfərov, Yusif Vəliyev və Lalə Abbasova vəfat edib. Digər 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, qəza ötən gün günorta saatlarında hava limanı-Bilgəh yolunda qeydə alınıb.
Murad Əhməd

Son xəbərlər
Son Xəbərlər