Dünənki qəzalarda 2 nəfər ölüb, 9-u yaralanıb

dunenki-qezalarda-2-nefer-olub-9-u-yaralanib
Oxunma sayı: 806

Respublikanın daxili işlər orqanları ötən gün 137 cinayət faktı qeydə alıb. Onların 27-sinin üstü “isti izlər”lə açılıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.