Dünənki qəzalarda 4 nəfər ölüb

dunenki-qezalarda-4-nefer-olub
Oxunma sayı: 647

Dünən ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, yol-nəqliyyat hadisələrindən biri günorta saatlarında Astara rayonunda baş verib. Rayon sakini Kənan Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə (mağazanın divarına) vurub. Nəticədə onun sərnişini, həmyerlisi Xəzan Səmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Digər bir ağır yol qəzası isə gecə saatlarında  Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.