Dünənki qəzalarda iki nəfər ölüb

dunenki-qezalarda-iki-nefer-olub
Oxunma sayı: 1157

Bakı Şəhər Baş Polis İdarəsi dünən paytaxtda baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxt polisinin fevralın 3-də keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 20 cinayətin üstü açılıb. 

Şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub. Gün ərzində 3 yol nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.