“Dünənki təxribata görə də Azərbaycanı günahlandıracaqlar?!”

“Dünənki təxribata görə də Azərbaycanı günahlandıracaqlar?!”
Oxunma sayı: 1434

Milli Məclisin deputatı Cavid Osmanov ötən gün Ermənistanın Kəlbəcər istiqamətində təxribat törətməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili parlamentdə çıxışı zamanı qeyd edib ki, sözügedən təxribat Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf edib:

“İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində iki jurnalistimiz minaya düşərək həlak olub. Bu hadisədə Ermənistan üzərindən yayılmış tezislərdən çıxış edənlər, 1993-cü ildə qaçıb gizlənməyə yer axtaran AXC-Müsavat rəhbərliyi, erməni lobbisinin himayəsində olanlar, eləcə də Qərbdə ayrı-ayrı klaviatura qəhrəmanları Azərbaycanı bununla hədəfə götürürlər. Dünən baş verən təxribata görə də Azərbaycanı günahlandıracaqlar?! Bu qədər xəyanət ola bilməz”.

Günel Türksoy