Dünya Bankı məcburi köçkünlərə 50 milyon kredit ayırdı

dunya-banki-mecburi-kockunlere-50-milyon-kredit-ayirdi
Oxunma sayı: 645

Məlumatda qeyd edilir ki, layihənin ümumi dəyəri $78,5 mln. təşkil edir, bunun $50 mln.-u – DB-nin krediti, $28,5 mln.-u isə - Azərbaycan hökümətinin payıdır.

Bankın kredit vəsaitləri Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtlərinə əsasən 20 ilə, beşillik güzəştli müddətə verilir.

Layihənin məqsədi məcburi köçkünlərin həyat şəraitinin və iqtisadi potensialının yaxşılaşdırılmasına iqtisadi yardımın göstərilməsidir.

Ümumilikdə, layihə üç komponentdən ibarətdir: məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması; məcburi köçkünlərin yaşadıqları yerlərdə sosial infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş mikro layihələrin maliyyələşdirilməsi, onların əldə etmək imkanlarının genişləndirilməsi.

Məlumatda qeyd edilir ki, 50%-dək məcburi köçkün hələ də ağır şəraitdə yaşayır.

Yeni layihə bundan əvvəl uğurla reallaşdırılan layihəyə əsaslanacaq. Həmin layihə çərçivəsində Azərbaycan üzrə 120 min məcburi köçkünü əhatə edən 400-dən artıq mikro layihə həyata keçirilib.

Layihə çərçivəsində 30 min nəfərin yaşayış şəraitinin yaxşılaşdırılması, 1,5 min mikrokreditin verilməsi, 200 mikro layihənin reallaşdırılması planlaşdırılır.

Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda və 7 ətraf rayonda öz evlərindən qovulmuş şəxslər Azərbaycanda məcburi köçkün sayılırlar.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank 43 layihənin həyata keçirilməsi üçün $2,9 mlrd. məbləğində kreditin ayrılmasını təsdiqləyib. Daha əvvəl DB Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş $26 mln. məbləğində iki kredit ayırıb.

interfaks